Qərbi Azərbaycandan olan rəssamların rəsm sərgisi keçirildi
8-12-2023, 21:58
481

Qərbi Azərbaycandan olan rəssamların rəsm sərgisi keçirildi

ÖNDERTV.ORG
Bu sərgi ruhunda, qəlbində yurd ağrıları, el-oba acıları olan şəxlər üçün ayrıca bir yaddaş tarixi oldu7 dekabr 2023-cü il tarixində Rəssamlar İttifaqının V.Səmədova adına  Sərgi salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət rəsm sərgisi keçirildi. Sərgi Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutdu. Sərgidə Xalq rəssamları Hüseyn Əliyevin, Kamil Əliyevin, Arif Qazıyevin, Rehan Aslanov, İsmət Axundovun, Əməkdar rəssamlar Rza Avşarovun, İsa Məmmədovun, Nağdəli Xəlilovun, Sabir Hüseynovun, Saleh Məmmədovun, Akif Quliyevin, Xuday İbrahimovun, Pərvin Quliyevanın, Sevil Əhmədovanın, Əli İsmayılın, ümumilikdə 25 müəllifin bir-birindən maraqlı 40-dək rəngkarlıq və rəsm əsəri nümayiş olundu.Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərginin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğuladı, sərgiyə qatılan hər kəsi salamladı. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında bildirdi ki, Qərbi Azərbaycandan son 200 ildə deportasiya edilmiş, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanıdılması böyük önəm daşıyır. Elə bu sərgidə nümayiş olunan əsərlərin əksərində biz o ruhu, o təpəri və o yaradıcı məğzi görə bilirik.Əziz Ələkbərli çıxışında əlavə olaraq söylədi ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı özlüyündə tarixi və siyasi hadisədir. Eyni zamanda, yaradıcı insanlar və rəssamlar üçün də bir ilham qaynağı, yaradıcılıq mövzusudur.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın zəngin irsimizin qorunmasına, inkişafına, təbliğinə böyük diqqət və qayğı göstərdiyini deyən Əziz Ələkbərli çıxışı diqqətə çatdırdı ki, Qərbi Azərbaycan əsilli incəsənət xadimlərinin, eləcə də rəssamların müxtəlif dövlət təltiflərinə layiq görülmələri bu qayğının bariz nümunəsidir. Həmçinin, Qərbi Azərbaycan incəsənətinin ən maraqlı nümunələri divar rəngkarlığı sahəsində öz əksini tapıb. Qərbi Azərbaycan əsilli rəssamların yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir. Sərgidə nümayiş olunan əsərlər mövzu etibarilə Vətənin gözəlliyini, tarixi abidələrini, insanların mənəvi saflığını özündə əks etdirir.Qərbi Azərbaycandan olan rəssamların əsərlərindən ibarət sərginin açılışında dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycandan olan ziyalılar, elm və incəsənət xadimləri, bir sıra təşkilat nümayəndələri iştirak etdilər. Professor  Ədalət Vəliyev, Qərbi Azərbaycanın Qadınlar Şurasının sədri,millət vəkili Məlahət Hümbətqızı da iştirak edirdilər. Onlar öz təsiredici münasibətləri ilə sərgi iştirakçılarında misilsiz ovqat yaratdılar, belə sərgilərin tez-tez keçirilməsinin əhəmiyyətini vurğuladılar və belə sərgilərin gənc nəslin daha vətənpərvər olmaları istiqamətində mühüm rol oynaya biləcəyini dedilər.Əslində, bu sərgi ruhunda, qəlbində yurd ağrıları, el-oba acıları olan şəxlər üçün ayrıca bir yaddaş tarixi oldu. Nümayiş olunan əsərlərdə Qərbi Azərbaycan həsrəti, eləcə də, tezliklə bu qədim diyara qovuşmaq istəyi əksini tapır. Bu da ən çox diqqət çəkən və ən çox alqışlanan hal idi. Gələcəkdə belə sərgilərin Qərbi Azərbaycanda – Göyçə mahalında, Dərələyəzdə, Zəngəzurda, Zəngibasarda, Vedibasarda, Qırxbulaqda və digər mahallarda keçirilməsi daha böyük nailyyətlərə, daha böyük irəliləyişlərə zəmin verə bilər. Düşünürük ki, bütün tədbir iştirakçılarının ən çox gəldiyi qənaət məhz bu oldu.Sonunda xatirə şəkilləri çəkildi
               Sona Abbasəliqızı
Prezident mükafatçısı
Yazıçı-jurnalist, AYB- nin,AJB-nin üzvü

Oxşar xəbərlər