Qərbi Azərbaycan ümummilli məsələdir.
7-01-2023, 23:04
407

Qərbi Azərbaycan ümummilli məsələdir.

ÖNDERTV.ORG
Bu gün Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının iclası keçirildi. 
İclas çərçivəsində Qərbi Azərbaycanın tarixi, etnoqrafiyası, mədəniyyəti təhlil olundu. Gələcək planlar müzakirə olundu. Öz sahəsində peşəkar olan ziyalı xanımlar bu işdə öz təkliflərini irəli sürdülər. 
Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə həlli yönündə görüləcək işlərin vacibliyi önə çəkildi. 
Sonda icmanın sədri, millət vəkili Əziz Ələkbərli ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bütöv Azərbaycan naminə atılan addımları dəstəklədiyini dilə gətirdi və hər kəsə uğurlar dilədi.



Fəxriyyə Lilpar


ÖNDERTV.ORG



Oxşar xəbərlər