3 hərbçiyə general-mayor rütbəsi verildi - Sərəncam
7-11-2023, 19:19
80

3 hərbçiyə general-mayor rütbəsi verildi - Sərəncam

ÖNDERTV.ORG



Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.

ÖNDERTV.ORG xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Fərid Əlibaba oğlu Əliyevə;
polkovnik Namiq Süleyman oğlu Bayramova;
polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.

Oxşar xəbərlər