
Siyasət
1-12-2022, 18:51
265
Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində oldu - Fotolar
Dekabrın 1-də Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.
ÖNDERTV.ORG xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.Burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.



ÖNDERTV.ORG