
Gündəm / Hadisə
19-09-2023, 10:14
11
“Azərenerji”nin 2 əməkdaşı həlak oldu - Laçında ağır qəza
ÖNDERTV.ORG
Laçında ağır yol-nəqliyyat hadisəsi baş verib.
ÖNDERTV.ORG məlumatına görə, hadisə Mollalar kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, qəza nəticəsində ölən və xəsarət alanlar var. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı saytımıza bildirib ki, hazırda Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
***
“Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.