Qusar-Bakı yolunda avtobus aşdı - Yaralılar var+Yenilənib
13-08-2023, 14:44
317

Qusar-Bakı yolunda avtobus aşdı - Yaralılar var+Yenilənib

ÖNDERTV.ORG
Qusar-Bakı reysi ilə hərəkət edən sərnişin avtobusu aşıb.
ÖNDERTV.ORG  xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
İlkin məlumata görə, hadisə Quba rayonunun Digah kəndində baş verib.
Qeyd olunub ki, qəza nəticəsində 19 nəfər yaralanıb.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.
***
Bu gün səhər saatlarında Qusardan Bakı istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb. 
Quba rayonunun Digah kəndi  ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, avtobusda 22 nəfər olub. Ölən yoxdur.
Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

ÖNDERTV.ORG

Oxşar xəbərlər