

18.07.2023- cü il tarixində Bakı şəhəri Nizami Kino Mərkəzində ŞƏHİDLƏR ZİRVƏSİ adlı sənədli filmin təqdimat mərasimi keçirildi.
Qeyd etmək istərdim ki, ŞƏHİDLƏR ZİRVƏSİ layihəsinin ideya müəllifi və rəhbəri-Vaqif Şahsuvarovdur.
Rejisoru və ssenari müəllifi Nazim İmanov və Ələkbər Qasımovun olduğu ŞƏHİDLƏR ZİRVƏSİ adlı filmin təqdimatında şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları, media nümayəndələri, sənət adamları iştirak edirdilər.

Əziz şəhidlərimizin xatirəsinə ucaldılmış ŞƏHİDLƏR ZİRVƏSİ Naxçıvan MR-nın, Culfa rayonunun tarixi abidəsi olan Əlincə qalasının 1800 metr yüksəkliyində yerləşir. Filmin Çəkilməsində məqsədin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün Azərbaycan şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ucaldılan ŞƏHİDLƏR ZİRVƏSİNİN açılışını eyni zamanda şəhidlərimizin adlarının əbədiləşdirərək hər zaman onları yad edərək, Azərbaycanda və bütün dünyada bunu tanıtmaq idi. Filimdə əziz şəhidlərimizin uğrunda öldükləri vətəni ölümlərindən sonra da fəth etməsinində bəhs edilir.
Filim və layihənin ideya müəllifi və rəhbəri Vaqif Şahsuvarovun zəhməti ilə 3-4 ay müddətində ərsəyə gəlmişdir. Layihə çox möhtəşəmdir və vətənpərvərlik ruhunun bir nümayişidir. Torpaq uğrunda ölən varsa vətəndir. Filmin sonunda təltiflər olundu və Vaqif Şahsuvarov Azərbaycan Respublikasının Vətən müharibəsinin Veteranları İB üzvülük vəsiqəsi və Böyük Zəfər medlı ilə tətəltif olundu.




Filmi hazırlayanlarla sizləri tanış edim:
1)ŞƏHİDLƏR ZİRVƏSİ layihəsinin ideya müəllifi və rəhbəri-Vaqif Şahsuvarov.
2)Ssenari müəllifi və rejisoru - Nazim İmanov.
3) Ssenari müəllifi Ələkbər Qasımov
4)Operatorlar-Şahin Məmmədli, Vaqif Ş.
5)Bəstəkar- Fərahim Sadiq.
5)Mətni səsləndirən AZ.radiosunun diktoru Bahadur Şakiroğlu.
#ŞəhidlərZirvəsi #NaxçıvanımızınUğuru!
#ŞəhidlərVurularkənYoxUnudularkənÖlərlər! #UnutmadıqUnutdurmarıq!























ƏFSANƏ ƏLİYEVA