Nizami Kino Mərkəzində "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirilib
8-04-2023, 09:41
183

Nizami Kino Mərkəzində "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirilib

ÖNDERTV.ORG



Aprelin 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə rayon məktəbliləri üçün Vətən müharibəsi şəhidi, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirildi. 
Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatında  şəhidimizin valideyinləri, Şəhid ailələri, Suraxanı Rayon İcra Hakimiyyətinin müavinləri, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi, dünya və Avropa cempionları iştirak etdilər. 

Filimdə şəhid Muxtar Qasımlının döyüş yolu, məktəb illəri, bütün uğurlar, iş həyatı filmin süjet xəttini təşkil olunub.
Sənədli filmin təqdimatında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova çıxışında  dövlətimizin şəhidlərin xatirəsinə bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Muxtar Qasımlının valideynlərinə təsəlli verdi. Dövlətimiz üçün belə oğul övlad böyütdüklərinə görə bir daha onlara təşəkkür etdi. 

Daha sonar Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov şıxış edərək Vətən müharibəsi şəhidi Muxtar Qasımlının bütün Azərbaycan gəncliyinə nümunə olduğunu vurğulyaraq, Muxtarın keçdiyi həyat yolundan, onun əsil Azərbaycan övladı kimi yetişməsindən  söz açdı.

 Çıxış üçün söz 318 № li məktəbin müəlliməsi, eyni zamanda tədbiri öz çıxışları ilə rəngarəng edən, şəhidimizin həyat yolundan bəhs edən kompazisiya və mahnıları ilə bəzəyən 2 b sinif şagirdlərinin çıxışlarını ərsəyə gəlməsini təşkil edən Firuzə Nəcəfovaya verildi. Füruzə müəllimə Muxtarın şagirdlərimizə bir örnək olduğunu söylədi. Almaz xanıma və Əli müəllimə səbr dilədi, Allah rəhmət eləsin söylədi.



Daha sonra çıxış üçün söz Fatehlər.az saytınn təsisçisi və baş redaktoru, Cüdo üzrə məşqçi Arzu Hüseynovaya verildi. Arzu xanım çıxışında  əziz şəhidimizin valideyinlərinə Muxtar kimi vətənpərvər övlad böyütdükləri üçün minnətdarlıq bildirərək rəhbərlik etdiyi saytın adından Muxtar Qasımlının anası, filmin Bədii rəhbəri Almaz Qasımlını Fəxri Fərmanla təltif etdi.

 Sonda şəhidimizin atası və filmin baş prodüseri Əli Qasımlı çıxış edərək öz oğlu ilə hər zaman fəxr etdiyini bildirdi. Muxtarın uşaqlıq illərindən, ömür yolundan, idman uğurlarından, hərbidə olduğu illərdən söz açdı və filmin Füzulidə çox çətinliklə, səngərlərin içində, mina riskinin olacağını göz önünə alaraq  da olsa ərsəyə gəldiyindən bəhs etdi. Əli Qasımlı  daha sonra yüksək təşkilatçılığa görə Suraxanı rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizova, Könül xanıma, tədbirdə iştirak edən hər kəsə təşəkkür etdi.
Bildirmək istərdim ki, Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.

Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.








ÖNDERTV.ORG

Oxşar xəbərlər