
Gündəm / Cəmiyyət / İdman
3-11-2022, 23:55
59
Nizami Kino Mərkəzində "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatı keçirildi.

Bu gün Nizami Kino Mərkəzində 44 günlük Vətən müharibəsində doğulduğum doğma Füzulimin 30 ildən sonra mənfur düşmən tapdağından azad olunması uğrunda şəhid olan Muxtar Qasımlının əziz xatirəsinə həsr olunmuş "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimində iştirak etdim. Tədbirdə Milli məclisin sədir müavini Adil Əliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov, Millət vəkilləri, RİH başçıları, idarə rəhbərləri, idmançılar və şəhidimizin valideyinləri, yaxınları doğmaları iştirak etdilər. Filimin ərsəyə gəlməsində "AzərGold" QSC- nin sədri cənab Zakir İbrahimovun əməyi vardır. Əziz şəhidimizin həyat və döyüş yolu haqqında belə filmlərin çəkilməsi, sevindirici hal oldu.
Allah bütün şəhidlərimizin ruhunu şad etsin.







ƏFSANƏ ƏLİYEVA
ÖNDERRTV.ORG