Füzuli Şəhərində Beynəlxalq Muğam Mərkəzində, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatı keçirildi.
2-05-2023, 08:58
356

Füzuli Şəhərində Beynəlxalq Muğam Mərkəzində, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatı keçirildi.

ÖNDERTV.ORG




     Mayın- 1 da Füzuli Şəhər İcra Hakimiyyətinin və Füzuli Şəhər Beynəlxalq Muğam Mərkəzində, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimat mərasimi keçirildi.
   Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarıət etdilər.


Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin təqdimatında  şəhidimizin valideyinləri Əli Qasımov və Almaz Qasımova, Şəhid ailələri, Qazilər,  Füzuli Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Vüqar Teymurov, Təhsil Şöbəsinin Müdüri Ramella  Məmmədova, YAP-nın sədri Almaz Haşımova , Qarabağ Qaziləri İctimai Birliyinin sədri Nəriman Əliyev  Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli şəhər üzrə nümayəndəsi Etiram Nəzərov, , Icra Hakimiyyətinin Şəhid ailələri İctimai Birliyinin sədri Hafiz Mİsirli, İcra Hakimiyyətinin Humanitar Məsələlər Şöbəsinin Müdür Müavini Ülkər Bayramlı, İqtisadiyyat Nazirliyinin Qarabağ Regional idarəsinin əməkdasları, İcra numayəndələri məktəb direktorları, Hərbi Komissarlığının şöbə müdiri  iştirak etdilər  İsmət Hacıyev. Füzuli rayon gənclər İdarəsinin rəis müavini Ruslan Nadirli iştirak ediblər.  Sənədli filimdə şəhid Muxtar Qasımlının döyüş yolu, məktəb illəri, idmanda qazandığı  bütün uğurları, iş həyatı, 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlıq filmin əsas sujet xəttində təşkil edir.


   Çıxış üçün söz sonda şəhidimizin atası və filmin baş prodüseri Əli Qasımlıya və filmin bədii rəhbəri Almaz Qasımlıya verildi. Onlar  çıxış edərək öz oğulları ilə hər zaman fəxr etdiklərini bildirdilər. Muxtarın uşaqlıq illərindən, ömür yolundan, idman uğurlarından, hərbidə olduğu illərdən söz açdı və filmin Füzulidə çox çətinliklə, səngərlərin içində, mina riskinin olacağını göz önünə alaraq  da olsa ərsəyə gəldiyindən bəhs etdilər.
    Bildirmək istərdim ki, Muxtar Qasımlı Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edəb.  Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.    Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.  
    Daha sonra Qarabağ Qaziləri İctimai Birliyinin sədri Nəriman Əliyev əziz şəhidimiz Muxtar Qasımlının valideyinlərini Qarabağ Qaziləri İctimai Birliyi adından Fəxr Fərmanla təltif etdi.







Allah rəhmət eləsin!
#Füzuli #VətənMüharibəsi #Qələbə #Zəfər #AliBaşKomandan #MüzəffərOrdu #SilahlıQüvvələr #QarabağAzərbaycandır #ŞəhidlərÖlməzVətənBölünməz


ƏFSANƏ ƏLİYEVA
   

ÖNDERTV.ORG

Oxşar xəbərlər