Polşa Ukraynaya 10 Mi-24 helikopteri verib
10-07-2023, 06:45
72

Polşa Ukraynaya 10 Mi-24 helikopteri verib

ÖNDERTV.ORG


Polşa Rusiyanın təcavüzünə qarşı mübarizə aparmaq üçün on Mi-24 döyüş helikopterini Ukraynaya təhvil verib.
Lakin bu barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Polşa Rusiya ilə müharibədə Ukraynaya ən çox dəstək verən ölkələrdən biridir. Varşava Kiyevə hərbi yardım göstərir, həmçinin Ukraynanın NATO-ya dəvətini dəstəkləyir.
Bundan öncə Polşa Ukrayna Hərbi Hava Qüvvələrinə MiQ-29 təyyarələri də verib.
Polşa həmçinin ukraynalı pilotlara F-16 qırıcılarını idarə etməyi öyrətməyi planlaşdırır və artıq müvafiq cədvəl tərtib edib.


ÖNDERTV.ORG

Oxşar xəbərlər