"BUTA" körpələr evi - uşaq bağçasında "Əməyin mühafizəsi uşaqların gözü ilə" adlı tədbir layihəsi çərçivəsində uşaqlar üçün maarifləndirici təlim keçirildi.
5-07-2023, 14:03
203

"BUTA" körpələr evi - uşaq bağçasında "Əməyin mühafizəsi uşaqların gözü ilə" adlı tədbir layihəsi çərçivəsində uşaqlar üçün maarifləndirici təlim keçirildi.

ÖNDERTV.ORG

Azərbaycan Respublikası "Xidmət - İş" Həmkarlar İttifaqı Federasiyasının təşkilatçılığı ilə "BUTA" körpələr evi - uşaq bağçasında "Əməyin mühafizəsi uşaqların gözü ilə" adlı tədbir layihəsi çərçivəsində uşaqlar üçün maarifləndirici təlim keçirildi. Uşaqlar böyük həvəs və maraqla təlimdə iştrak etdilər. Bu cür tədbirlərin gələcəkdə də "BUTA" körpələr evi - uşaq bağçasında keçirilməsindən geniş söz açıldı. 

Sonda "BUTA" körpələr evi - uşaq bağçasının müdiri Günay Ağamalı Məktəbəqədər yaşlı uşaqların milli - mənəvi dəyərlərinə istinad edərək əxlaqi keyfiyyətlərin tərbiyə olunmasında, təhsilə hazırlanmasında, təhlükəsiz və sağlam mühitin yaradılmasında fəal iştirakına görə FƏXRİ FƏRMANLA təltif olundu.

Bağçanın rəhbəri Günay Ağamalı Azərbaycan Respublikası "Xidmət - İş" Həmkarlar İttifaqı Federasiyasının rəhbəri İlyas Əliyevə, əməkdaşlar Kamran Orucova, Tofiq Hüseynova "BUTA" körpələr evi - uşaq bağçasının fəaliyyətinə göstərilən etimada və dəyərə görə öz təşəkkürünü bildirdi.

ÖNDERTV.ORG

Oxşar xəbərlər