
Gündəm
3-11-2022, 06:03
308
Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında "Nar Bayramı" qeyd edildi.

"Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" 2020-ci ilin dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Sevindirici haldır ki, bu gün Bərdə şəhərində fəaliyyət göstərən şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında "Nar bayramı" keçirilmiş ,gələcəyimiz olan körpə fidanlarımız qeyri-maddi mədəni irsimiz haqqında dolğun şəkildə məlumatlandırılmışdır. Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının rəhbəri Leyla Məmmədova və kollektivinə təşəkkürümüzü bildiririk






ÖNDERTV.ORG