1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə “BUTA” körpələr evi - uşaq bağçası Binəqədi filialının açılışını edib.
4-06-2023, 16:30
128

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə “BUTA” körpələr evi - uşaq bağçası Binəqədi filialının açılışını edib.

ÖNDERTV.ORG

Valideynlərin istək və arzularını nəzərə alaraq 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə “BUTA” körpələr evi - uşaq bağçası Binəqədi filialının açılışını edib. 
Açılışı giriş nitqi ilə başlayan “BUTA” körpələr evi - uşaq bağçasının rəhbəri Günay Ağamalı gələn qonaqları salamlamlayaraq bağçanın yaranma taixi və fəaliyyəti haqqında tədbir iştrakçılarına ətraflı məlumat verib. 



Günay Ağamalı bildirib ki, bağçada uşaqların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb: "Ümidvarıq ki, Binəqədi filialının fəaliyyətindən də valideynlər və fidanlarımız razı qalacaqlar. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə isti ocaq BUTA bağçanın filial açılışı zənnimcə fidanlarımız üçün yadda qalan hədiyyə oldu.
Qeyd edək ki, “Buta” körpələr evi - uşaq bağçası 2011-ci ildən fəaliyyətə başlayıb. Biz valideynlərin rahatlığını təmin etmək məqsədi ilə fasiləsiz ONLİNE müşahidə kameralarını tətbiq edən ilk bağçayıq. Hazırda bağcanın əsas Gənclik korpusu və Binəqədi filialı öz işini yüksək səviyyədə qurmuşdur. Burada uşaqlar üçün müxtəlif dərnəklər, psixoloji və loqopedik məşğələlər, tibbi nəzarət fəaliyyət göstərir. Uşaqların sağlam qidalanması üçün konservant və konsentrant tərkibli qidalardan istifadə edilmir. Bağçada uşaqların təlim - tərbiyəsi peşəkar səviyyədə təşkil olunub.Yüksək ixtisaslı tərbiyəçilər tərəfindən bağcada sadə riyazi təsəvvürlərin inkişafı, ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq (məktəbəqədər hazırlıq), nitq inkişafı və digər dərnək və məşğələlər təşkil edilir. Körpələrimizin vətənpərvər ruhda böyüməsinə, müasir dövlətçiliyimizin banisi ümummilli lider Heydər Əliyevin siyasi irsinə sədaqət hissilə formalaşmasına xüsusi diqqət yetirilir. Tədris Azərbaycan, ingilis, rus dillərində aparılır".

Açılışda tanınmış teleaparacı Lalə Əlimuxtarova, istedadlı və məşhur musiqiçi Səlim Abbasov, modelyer Şəlalə Maqsudova da iştrak ediblər. Lalə Əlimuxtarovanın ilk övladı Melis Buta bağçanın məzunu olmuş, ikinci övladı Elif və Şəlalə Maqsuodovanın nəvəsi Fateh də hal - hazırda BUTA bağçada təlim - tərbiyə prosesində iştrak edirlər.  

Uşaqları əyləndirmək üçün müxtəlif animatorların iştrakı ilə maraqlı proqram tədbirə rəngarənglik və xüsusi gözəllik verdi.





ÖNDERTV.ORG

Oxşar xəbərlər