t Universitetində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə Mahirə Nağıqızının sözlərinə həsr olunmuş konsert proqramı olub
28-05-2023, 19:36
156

t Universitetində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə Mahirə Nağıqızının sözlərinə həsr olunmuş konsert proqramı olub

ÖNDERTV.ORG



Naxçıvan Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə növbəti töhfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, eyni zamanda, lirik və səmimi şeirlər müəllifi olan Mahirə Nağıqızının sözlərinə həsr olunmuş konsert proqramı olub

Universitetin İncəsənət fakültəsində keçirilən konsertdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək qonaqları salamlayıb. 
Mahirə Nağıqızının sözlərinə bəstələnən mahnılardan ibarət konsert proqramı Naxçıvan Dövlət Universiteti Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının müşayiəti ilə nümayiş olunub. 
Sonda şairə Mahirə Nağıqızı konsertin yüksək təşkilatçılığından xüsusi məmnunluq hisslərini ifadə edib. Vətən sənin qədrini məndən yaxşı kim bilər –deyərək tədbirdə bir-birindən gözəl ifalar nümayiş etdirən iştirakçıların təqdim etdikləri ifaları vətən təəssübkeşliyinin bir nümunəsi adlandırıb. Mahirə Nağıqızı keçirilən görüşü yüksək qiymətləndirərək öz səmimi hisslərini dilə gətirib və minnətdarlığını bildirib.










ÖNDERTV.ORG

Oxşar xəbərlər