Gündəm
8-09-2022, 10:32
182
Ömürdən bir gün.
Bu gün 2022 ci il sentyabr ayının 6 KƏPƏZ futbol komandasına yeni baş məşqçi təyin olunmuş Tərlan Əhmədov və onun köməkçisi Ədəhim Niftəliyev ilə tanış olduq.Tanışlığımız gözəl bir günə təsadüf etdi.Şəhid Hacı Rauf Əsgərovun evini ziyarətə gəlmişdilər, biz Fəal Tv komandasıda orada idik.Hacının Anası Briliyant xanımın gözəl söhbətlərini dinlədikcə hər kəsin gözləri gah yaşarır, gah dolur.Fikirlər təxminən 2 il əvvələ gedirdi.
Tanış olmasaqda Tərlan müəllimin maraqlı fikirlər söyləməsi onun barəsində xoş təəsurat yaratdı.Hacının evindən ailə üzvüləri ilə birlikdə Şəhidlər Xiyabanını ƏZİZ ŞƏHİDLƏRİMİZİ ziyarətə getdik.Təsadüflər zərurətdən doğur deyirlər ,təsadüfmü nə bu gün ziyarətə Gəncə şəhərinin baş axundu Hacı Tahir və Deputatımız Pərvin xanımda gəlmişdi.Onlala maraqlı söhbət ziyarətimizi dahada səmərəli etdi.Hər dəfə ŞƏHİDLƏR XİYABANINI ziyarət edəndə insan qəribə bir hiss keçirir sanki onlar diri sən ölüsən .Sanki onlar qara mərmər daşlardan sənin ruhuna fatihə oxuyurlar.SANKİ....
Bu gün həmçinin nur üzlu Şəhidlərimiz İlkin Əsgərov və Murad İbrahimovun doğum günü İdi. Məzarlarını ziyarət etdikdən sonra, ailə üzvləri, Şəhid ailələri ilə birlikdə xatirələrini yad etdik.Övlad yanğısı heç bir açıya bərabər olmaz bu ağrınıza,bu açınıza şərikik dedik ,sizinləyik söylədik Qara örpəkli analarımıza.
Bizlər Sizlərin övladlarına ,Ulu Öndərimizin yadigarı Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına 275 il borcluyuq.İki əsrdən çox müddətdə bir qarış torpaq almayan .əksinə torpaq verən bir dövlətə QALİBİYYƏT sözünü qızıl həriflərlə yazdiniz.Bu gün QARABAĞ AZƏRBAYCANDIR sözünü sizin övladlarınızın sayəsində ürəklə deyiriksə .DEMƏK BİZLƏR SİZLƏRƏ borcluyuq.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Bu fikirlər tək mənə aid deyildi.Tədbirdə iştrak edən hər birimizin düşüncəsi olsada mən qələmə aldım.
Hörmətlə.Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri:
FƏAL.TV kanalının Gəncəbasar üzrə şöbə müdürü HACIYEVA SİTARƏ

ÖNDERTV.ORG