Seçki Türkiyədəki demokratiyanı sübut etdi - Markov
15-05-2023, 10:43
56

Seçki Türkiyədəki demokratiyanı sübut etdi - Markov

ÖNDERTV.ORG

Türkiyədə prezident seçkisində 49%-dən çox Ərdoğan, 45% isə Kılıçdaroğlu səs toplayıb. Ərdoğan parlament seçkisində qalib gəldi. Onun koalisiyası olan Cümhur İttifaqı da 49,8% səs toplayıb. Kılıçdaroğlunun Millət İttifaqı isə yalnız 35% səs toplayıb.
ÖNDERTV.ORG Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"10% səsi kürd yönümlü və solçu işçi partiyaları alıb. Onlar prezident seçkisində iştirak etməyiblər. Yəni parlament və prezident seçkisinin nəticələri demək olar ki, faizlə üst-üstə düşdü. Bu, Türkiyədə səslərin sayılmasının yüksək dürüstlüyünü təsdiqləyir", - Markov bildirib.

ÖNDERTV.ORG

Oxşar xəbərlər