Türkiyədə seçkilər: İlkin nəticələr açıqlanır, Ərdoğan liderdir - CANLI
14-05-2023, 21:19
176

Türkiyədə seçkilər: İlkin nəticələr açıqlanır, Ərdoğan liderdir - CANLI

ÖNDERTV.ORG

21:01
Saat 21:00 üçün seçki sandıqlarının 40,04 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 52,70 faiz, Kamal Kılıçdaroğlu 41,39 faiz, Sinan Oğan 5,36, Muharrem İncə isə 0,55 faiz səs toplayıb.
----------
20:41
Saat 20:40 üçün seçki sandıqlarının 34,36 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 53,17 faiz, Kamal Kılıçdaroğlu 40,88 faiz, Sinan Oğan 5,39, Muharrem İncə isə 0,56 faiz səs toplayıb.
----------
20:37
Türkiyədə prezident seçkilərində səslərin hesablanmasına başlandıqdan sonra seçki sandıqlarının 30,15 faizi artıq açılıb.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, sandıqların 30,15%-nin açılmasından sonra respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 53,62% səslə liderdir.
Kamal Kılıçdaroğlu 40,42%, Sinan Oğan 5,40%, Məhərrəm İncə isə 0,56% səs toplayıb.
---------
20:24
Saat 20:20 üçün seçki sandıqlarının 25,69 faizi açılıb, Rəcəb Tayyib Ərdoğan 54,27 faiz, Kamal Kılıçdaroğlu 39,75 faiz, Sinan Oğan 5,42, Muharrem İncə isə 0,56 faiz səs toplayıb.
----------
20:01
Saat 20:00 üçün olan nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 55,98 faiz, Kamal Kılıçdaroğlu 38,08 faiz, Sinan Oğan 5,37, Muharrem İncə isə 0,57 faiz səs toplayıb.
----------
19:59
Saat 19:46 üçün olan nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 58,34 faiz, Kamal Kılıçdaroğlu 35,84 faiz, Sinan Oğan 5,21, Muharrem İncə isə 0,61 faiz səs toplayıb.
-------
19:44
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, saat 19.41 üçün olan nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 59,47 faiz, Kamal Kılıçdaroğlu 34,79 faiz, Sinan Oğan isə 5,11 faiz səs toplayıb.
--------
18:01
Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.
ÖNDERTV.ORG xəbər verir ki, yerli vaxtla saat 17:00-da səsvermə yekunlaşıb.
Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır.
İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
Milli.Az səsvermənin nəticələri ilə bağlı son məlumatlarla onlayn yayım aparır.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və "Ata İttifaqı"nın namizədi Sinan Oğan.
"Cümhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
"Ata" İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
ÖNDERTV.ORG
ÖNDERTV.ORG

Oxşar xəbərlər