Heydər Əliyev ideyaları-yeni Azərbaycanın dövlətşilik irsi
6-10-2022, 11:45
146

Heydər Əliyev ideyaları-yeni Azərbaycanın dövlətşilik irsi

         Heydər Əliyev!  Dünya şöhrətli siyasət adamı, Azərbaycan xalqının böyük  oğlu, bütün cahan dövlət başçılarının daima hörmət və ehtiramını qazanmış  güclü lider, öz ağlı, uzaqgörən siyasəti ilə tarixə öz imzasını goymuş nəhəng insan, sadəliyi və səmimiliyi ilə xalqın sevimlisinə çevrilən sadə Azərbaycanlı, usağla uşaq, böyüklə böyük olmağı bacaran əsl insanlıq nümunəsi, bu günün, dünənin və sabahın lider partiyası olan yeni Azərbaycan partiyasının yaradıcısı. .... Azərbaycan əlifbasının bizə verdiyi bütün imkanları səfərbər edib bu sıralamanı çoxx uzada bilərik ki, bu şəxsiyyəti anlada bilək. Görkəmli dövlət xadimi olan Heydər Əliyevin dünya dövlətçilik tarixində ilk dəfə olaraq Ümummilli Lider statusu qazanan dahi şəxsiyyətdir.
Olduqca şərəflidir Ulu Öndərimizin həyat yolunu araşdırmaq, öyrənmək, və yazmaq. Eyni zamanda da olduqca çətin və   məsuliyyətlidir. Bu böyük dövlət xadiminin həyat yolu bəlkə də kitablara sığmayan bir həyat məktəbidir. 
Ulu Öndər Heydər Əliyevin həyat yolu, keçdiyi keçməkeşli və çətin siyasət yolu, artıq hər kəsə bəllidir, hamı illərdir bu  şərəfli ömür kitabını vərəqləyir, onun haqqında nəsə yazmaq, təbliq etmək istəyir. Bunun səbəbi isə çox sadədir. Heydər Əliyev ömrünü araşdıraq, öyrənərək Azərbaycan tarıxını öyrənmiş oluruq, Vətəninə, dövlətinə, dövlətçilik ənənələrinə sadiq, vicdanlı və obyektiv həyat tərzinə malik olan bu şəxsiyyətin hər addımı, hər sözü, hər kəlməsi bir örnək, bir ibrət dərsidir. Bəli biz bu gün çox qürurla, sevə - sevə deyirik ki, Müstəqil Azərbaycan Dahi Heydər Əliyevin şah əsəridir. Elə məhz yartdığı, özülünü qoyduğu Yeni Azərbaycan partiyası da onun imza atdığı ilklərdən idi. Partiya Yarandığı gündən xalqın marağlarına xidmət edib.  Məqsədi məramı Heydər Əliyev ideyaları üzərində xalqın marağların müdafiəsi, obyektivlik, hüquqlarına hörmət, humaniztik dəyərlərin qorunub saxlanması olmuşdur. 
 Mən özümü xoşbəxt vətəndaş sayıram, ona görə  ki, məhz o insanın yaşadığı bir ölkədə yaşayıram və belə bir şəxsiyyətin ideologiyasına xidmət edirəm, onun ideyalarını təbliğ edən Partiyanın əvvəlcə üzvü, uzun müddət isə YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini kimi fəaliyyət göstərmişəm.  Bəlkə də bir neçə kitab mövzusu olar ki, onun həyat yoluna qısa da olsa ekskursiya edəm. Məni tanıyanlar bilir ki, on beş  illik ictimai fəaliyyətimin əsas məqsədi, əsas qayəsi Ulu Öndərimiz Dahi  Heydər Əliyev ideyalarının öyrənilməsi, təbliği olmuşdur.Bundan sonrakı ömür yolumu da bu işə şərəflə, sevgi ilə, vicdanla sərf edəcəyəm. Bu gün isə mənə yazmağa stimul verən 2023- cü il ölkəmizdə “ Heydər Əliyev ili” elan olunması oldu. Damarında Azərbaycanlı qanı axan, qəlbi vətən eşqi ilə döyünən hər bir kəs üçün qürurverici, sevinc hissi ilə bol olan bir olaydır. Ölkə başçımız Ulu Öndər Heydər Əliyev İdeologiyasının layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin bu addımı Böyük Azərbaycan oğlunun ruhuna böyük ehtiram əlamətidir. Bu xəbəri alan hər kəsin üzündə fərqli bir təbəssüm, fərqli bir fəxarət hissi, fərqli bir duyğu oxunmaqdadır. Bu o deməkdir ki, biz gələn il daha mükəmməl olmalı, Heydər Əliyev adına, onun həyat yoluna layiq işlər görməliyik. Hamı bilməlidir ki, Azərbaycanda bu siyasətə alternativ yoxdur və ola da bilməz. Bəli qarşımızdakı o, şərəfli il hər kəsin Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında bir hesabat ili olacaqdır. Bu gün isə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 29 il ötür. 
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs verərək etimad nümayiş etdirdi. 
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qaldı və daima da qəlblərimizdə yaşayacaqdır. Bu gün onun siyasi kursu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və qalib gəlir. Məhz həmin siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. 44 günlük haqlı Vətən savaşı isə müstəqil Azərbaycanın ən parlaq səhifəsinə çevrildi. 30 il davam edən əzaba, iztiraba  elə məhz zamanında bünövrəsi təməli Dahi Öndərimiz tərəfindən qoyulmuş və illərdir mükəmməl statusa yiyələnmək üçün yetişmiş Azərbaycanın Müzəffər Ordusu son qoymağı bacardı. Və şübhəsiz ki, o böyük həyat məktəbinin yetirməsi olan dünya şöhrətli siyasi xadim İlham Heydər oğlu Əliyevin bütün cahan dövlətlərinə nümunə olacaq bir cəsarətlə hərb meydanına atıldı. Müzəffər Sərkərdəmiz, Müsəlləh və cəsur Azərbaycan Ordusu ilə 44 gündə düşmənə  xar olmağın yollarını göstərdi. Cənab Prezidentimizin hər bir cəsarətli çıxışı Ordumuza böyük stimul verərək daha da irəli getməyinə əzm verirdi. Və o vicdan yolunun sonu Azərbaycan Ordusunu ayaqyalın, başıaçıq, əlbəyaxa, silahsız, qanı-canı bahasına, Müqəddəs  Şəhidlərimizin qanı-canıyla, Qazilərimizin əzaları hesabına, xalqın birliyi ilə Şuşaya, Cıdır düzünə gətirib çıxartdı. "Mən ata vəsiyyətini yerinə yetirdim" deyərək Şuşanın azad olma müjdəsini Azərbaycan xalqına  verən ölkə başçımız sanki Ulu Öndərin ruhu qarşısında bir hesabat vermiş oldu.
Bəli 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar eyni zamanda da böyük gözləntilər yaratmış oldu. Bütöv, tam, müstəqil olmağın nə qədər çətin olduğunu indi daha çox anlayır və fərqinə varıırıq. Ona görə ki, bu azadlıq rahat əldə olunmadı, minlərlə cəngavərin qanı, canı bahasına başa gəldi, bir gözümüz zəfərimiz üçün gülərkən bir gözümüz daim ağlayır. Şəhidlik zirvəsinin ali qəhrəmanlarına öz canımızı  hər daim borclu hesab edirik. Onların sayəsində başı uca, alnı açıq dünya ictimaiyyətinin gözünə dik baxırıq. Onların sayəsində bu gün ölkəmiz qalibiyyət əldə edən, zəfər çalan ölkələr sırasındadır. Şəhadətləri ali olsun! Ruhları şad olsun Vətən mücahidlərimizin. Ulu Öndərimiz  bizlərə təbliq etdi Şəhid adının nə qədər uca olduğunu. Bəli Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüzün önündədir və daima da belə olacaqdır.
2023- cü il ölkəmizdə “Heydər Əliyev ili” elan olunması hər birimizin uğuru hesab edək, gəlin bu ilə öz töhfələrimizi verək. Yazaq, öyrədək, təbliq edək, unutmayaq, vicdanla xidmətdə olaq.
Dahi şəxsiyyət haqqında çox yazılmasına baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya dövlətçilik tarixində və Azərbaycan xalqının milli intibahındakı yeri və rolunu real şəkildə əks etdirən mükəmməl və sistemli elmi əsərlərin, dahi şəxsiyyətin elmi bioqrafiyasının, müxtəlif janrlarda yazılmış parlaq ədəbiyyat və incəsənət əsərlərinin yazılmasına  hələ çox ehtiyac vardır. Odur ki, hər bir anı böyük ibrət dərsi olan bu ömür yolunu öyrənərək öyrətmək lazımdır. Yazaraq gələcək nəsillərə ötürmək olduğca vacib amillərdəndir. Bu gədər qələmə alınmasına baxmayaraq hələ çox nüanslar var ki, insanlıq məktəbi üçün onları araşdırmağa dəyər. Ümid edirəm ki dövlətimiz və xalqımız üçün uğurlu və düşərli il olar inşəallah. 
Bu birlik nümayişidir, o birlik ki biz 44 gündə onu bütün cahana sərgilədik.
Bu gün inkişaf etmiş ölkələr belə Azərbaycan modelini hərb modelini öyrənməyə cəhd göstərirlər.  Ümid edirəm ki, 2023-cü il də məhz birliyimizin təntənəsi olacaqdır.Ulu Öndərimizi, Azərbaycan Respublikasının memarı və qurucusunu, böyük ehtimalla anırıq. Azərbaycanımız çiçəkləndikcə, inkişaf etdikcə Dahi Öndərizin ideyaları da yaşayacaqdır. Ruhun  şad olsun yenilənən və çiçəklənən Azərbaycanın böyük oğlu,  Ümummili  Lider  Heydər  Əliyev!
 
Nəhayət  Şrinova:-İctimaiyyətçi, yazar. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. ADPU Quba filialının əməkdaşı. Vətənim-azərbaycandır.az xəbərlər informasiya portalının redaktoru, ONDER.TV.ORQ, 44 GÜN.ORQ, ZİM.AZ, ZİRVƏ.İNFO xəbər portallarının reqion üzrə nümayəndəsi. “Elm və Təhsil” qəzetlərinin şöbə müdiri, “Şərqin səsi” qəzetinin redaktoru.




ÖNDERTV.ORG     


Oxşar xəbərlər