Azərbaycan, Türkiyə və Türkmənistan arasında Birgə Məşvərət Komissiyası yaradılır
27-04-2023, 16:41
112

Azərbaycan, Türkiyə və Türkmənistan arasında Birgə Məşvərət Komissiyası yaradılır

ÖNDERTV.ORG

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
ÖNDERTV.ORG AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:
1. 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu" təsdiq edilsin
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.




ÖNDERTV.ORG

Oxşar xəbərlər