Azərbaycan-İsveçrə əlaqələri: Səfir “məmnunuq” dedi
26-10-2022, 13:56
84

Azərbaycan-İsveçrə əlaqələri: Səfir “məmnunuq” dedi

“Azərbaycanla İsveçrənin yaxşı münasibətləri və siyasi dialoq platforması var”. 
ÖNDERTV.ORG-ın məlumatına görə, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov keçirdiyi mətbuat konfransında deyib. 
Onun sözlərinə görə, Azərbaycanla İsveçrə arasındakı iqtisadi əlaqələr də yaxşı səviyyədə qurulub.
“Hər iki ölkə bir-birinin iqtisadiyyatına investisiya qoyub. Biz İsveçrəyə qızıl ixrac edirik. Biz isveçrəli partnyorlarımızla əməkdaşlıqdan məmnunluq duyuruq”, - deyə səfir qeyd edib. 
Səfir Azərbaycanla Ermənistan arasındakı dialoqlarda İsveçrənin məkan kimi seçilməsini də xatırladıb.
“Təsadüfi deyil ki, 2022-ci ilin oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri də İsveçrənin Cenevrə şəhərində görüşdülər”, - deyə o əlavə edib. 
Aqşin Kərimov


ÖNDERTV.ORG

Oxşar xəbərlər