Xocalı- faciəsinin 31 ci il dönümü ilə bağlı tədbir təşkil olunmuşdur.
25-02-2023, 01:12
148

Xocalı- faciəsinin 31 ci il dönümü ilə bağlı tədbir təşkil olunmuşdur.

ÖNDERTV.ORG



“Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi” və “Dünya Azərbaycanlıların Həmrəyliyinə  Dəstək” ictimai birliklərinin təşkilatçılıqları ilə, Xocalı-Faciəsinin 31 ci il dönümü ilə bağlı tədbir keçirilmişdir. İlk öncə Xocalı faciəsini əks etdirən sənədli video görüntü nümayiş olundu. Sonra tədbiri giriş  sözü ilə acan DAMM- nin vitse-prezidenti Ruhiyyə xanım Poladova  dedi ki, 31 il öncə, 1992 ci ilin  Fevral ayının  26 da baş vermiş Xocalı soyqırımı faciəsi XX əsrdə   insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən sayılmaqdadır.1992  ci il fevral  aynın  26 da baş vermiş Xocalı  soyqırımı, ermənilərin  biz  Azərbaycanlılara qarşı törətdikləri əsil Genosid idi.  


Xocalı  soyqırımı, təkcə  bizlərin  deyil,bütün   bəşər insanlığının soyqırımı, faciəsi  kimi  qəbul  edilməlidir. Daha sonra cıxış edən “Dünya Azərbaycanlıların Həmrəyliyinə dəstək” ictimai birliyinin prezidenti , politoloq Tofiq Əli-zadə bildirdi ki, 31  il öncə,1992 ci lin  Fevral ayının  26 da Qarabağda,  Xocalıda ermənilərin biz Azərbaycanlılara qarşı törətdikləri  Genosid - XX əsrdə   insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdəndir və  bu faciə nəticəsində minlərlə günahsız soydaşlarımız, qocalar, qadınlar və körpə uşaqlar ancaq,Azərbaycanlı olduqlarına  görə,xüsusi amansızlıqlarla qətlə yetirilmişlər. Xarici ölkələrdən  erməni daşnakları Xocalı faciəsi zamanı Azərbaycan türklərinə  qarşı daha çox qaniçənlik etmiş və xüsusi amansızlıqlarla seçilən erməniləri da mükafatlandırırdılar. Dünyanın yenidən inkişaf etməyə başladığı  bir  dövrdə, insanların ancaq  milli   mənsibiyyətinə görə,xüsusi  amansizcasına məhv edilməsi və  törədilmiş bu cinayyətlərə dünya ictimaiyyətlərinin göz yumması bu gündə də bizləri narahat edir.Daha sonra Tofiq Əli-zadə dedi ki,  Xocali  Faciəsi zamanı daşnak ermənilər tərəfindən,Azərbaycalılar xüsusi amansızlıqlarla qətlə yetirilmişlər.Azərbaycan xalqının qan yaddaşına həmişəlik həkk olunan bu hadisəni törədən erməni cinayətkarları ,hələ də layiqli cəzalarını almamışlar.Daha sonra cıxış edən “Carçı” jurnalının baş redaktoru, Gülnarə Əmirquliyeva  soylədi ki,Xocalı  soyqırımı, təkcə  bizlərin  deyil,bütün   bəşər insanlığının soyqırımı, faciəsi  kimi  qəbul  edilməlidir.ıSonra cıxış edənlər ziyalılar,“Vətənim-Azərbaycandır.AZ” informasiya portalının baş redaktoru Kamran Orucov, yaziclar birliyinin özvü, şairə Aygün Hüseyn,Tahir Sadıqov, Həbib Əliyev,tarix üzrə fəsəfə doktorları Yeganə  Babayeva, Dilarə Nağıyeva, sənətşumaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı, xocalı şahidləri,şəhid anaları  və  Vətən müharibəsinin  qaziləri, soylədilər ki,  artıq hamıya məlumdur ki, 1992 ci ilin 26 fevralında baş vermiş bu qətliam zamanı, Xankəndində yerləşən sovet ordusunun 366 cı atıcı alayının erməni və qarışıq millətlərdən ibarət  zabit və əskərləri də Xocalı qətliamınında  iştirak etmişlər. İnsanlığa qarşı törədilən qətliam nətiçəsində isə, 1000 qədər  günahsız qoca,cavan, usaq və qadınlar  erməni qan  icənləri tərəfindən məhs Azərbaycanlı olduqları ücün vəhşicəsinə öldürülmüslər. Sonda vətənpərvərlik seirləri söyləndi
Allah Xocalı şəhidlərimizə  Rəhmət Eləsin.




ÖNDERTV.ORG

Oxşar xəbərlər