Gündəm
18-02-2023, 20:50
704
Səhiyyəmizin xidmətində duran ağ xalatlı qəhrəmanlarımız bizim güvən, inam ünvanlarımızdandır.
Buna yetərincə sübutumuz var ki, dövlətimizin belə güclü olmasında həkimlərimizin müstəsna rolu vardır. 44 günlük Vətən savaşını göz önünə gətirək. Bizim kişi qeyrətli həkim bacılarımız şəstlə, qürurla, vətənpərvərliklə, qorxmaz, cəsur bir tərzdə vətənimizin keşiyində duran oğullarımız dəstək olmağ üçün ön cəbhəyə yola düşdülər. Bu gün öz adını baş ucalığı ilə daşıyan dəyərli həkim mütəxəsisimiz Hüseynova Vəfa Məcid qızı haqqında sizlərə bilgi vermək istəyirik.
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru Kamran Orucovun Vəfa xanımla səmimi görüşü bu yazının ərsəyə gəlməsinə səbəb oldu. Səmimiyyətlə deyə bilərik ki, Vəfa xanım öz peşəsini vicdanla yerinə yetirən əsl səhiyyə işçisidir. Covid-19 virusu ilə mübarizədə iştirak eden həkim dönəmində hər kəs evinə qapanarkən belə Vəfa xanım özünü unudaraq peşəsinin sehrinə düşdü və o doğma evindən daha çox xəstəxana divarları arasında olanlardan biri idi. O, həmdə həkim-məsləhət komissiyasının üzvüdür. Hakim partiyamız olan YAP- ən fəal üzvlərindəndir. Dəfələrlə müxtəlif idarə və təşkilatlar tərəfinfən fəxri fərman və diplomlarla təltif olunmuşdur. Mehriban, gülərüz əsl insani keyfiyyətlərə malik bir insandır.
Təvazökar xarakterə malik olan Vəfa xanım heç zaman gördüyü işləri ön plana çıxarmağı istəməmişdir. Amma görünən yola bələdçi lazım olmur. Bu şəfalı əllərdən bəhrələnən hər bir insanın dilində ən şirin sözə çevrilmişdir Vəfa xanım.
Biz bu çətin, məsuliyyətli yolun yolçusuna daimi uğurlar dinləməyi özümüzə borc bilirik. Yolunuz açıq, üzünüz ağ olsun Vəfa xanım. Şəfa verdiyiniz insanların sayı günü gündən çox olsun. Uğur sizinlə olsun.
Nəhayət Şirinova.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının redaktoru.

ONDERTV.ORG