Yeni Azərbaycan Partiyası (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş konfrans baş tutdu.
26-10-2022, 05:12
150

Yeni Azərbaycan Partiyası (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş konfrans baş tutdu.


Bu gün Yeni Azərbaycan Partiyası Quba Rayon Təşkilatı  və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə , Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycanımızın qurucusu, Ümummilli Lider, Dahi Ulu Öndərin qətiyyəti, əzmi və iradəsi hesabına ərsəyə gəlmiş və az bir  müddətdə Ümumixalq partiyasına çevrilmiş, Yeni Azərbaycan Partiyası (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş konfrans baş tutdu. 
Qeyd edək ki bu konfransda Vətənim-Azərbaycandır. az xəbərlər İnformasiya portalının redaktoru, bizim ən fəal əməkdaşımız, dəyərli Azərbaycan xanımı Nəhayət Şirinova təltif olunub. Bu bizim və ümumilikdə komandamız üçün olduğca sevindiricidir. Nəhayət Məhəmməd qızı Şirinova illər öncə 
 Yeni Azərbaycan Partiyası   sıralarında könnüllü kimi başlayib, partiya fəalı kimi davam etmiş, on ilə yaxın  YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının Sədr müavini kimi fəaliyyət göstərmiş və Ulu Öndər ideologiyasının təbliğatı ilə sosial-media, informasiya portallarında, qəzet və dərgilərdə, məqalə və yazıları ilə  aktivlik göstərmişdir.
Nəhayət  xanım ürəyi  Vətən sevgisi ilə dolu olan el qızımızdır.  Nəhayət Şirinovanın  dövlətə, dövlətçiliyə sadiqliyini  onu tanıyanlar daha gözəl bilir və yüksək qiymətləndirirlər. Əsl Azərbaycan xanımlarına xas xüsusiyyətləri, milli mental dəyərlərə sadiqliyi,  kübarlığı, humanist mövgeyi və ən əsası Vətənpərvərliyi ilə hər zaman seçilməyi bacarmışdır.
Biz də öz növbəmizdə hörmətli xanım həmkarımızı ürəkdən təbrik edir, ona bundan sonrakı fəaliyyətində də bol-bol uğurlar, müvəfgəqiyyətlər arzu edirik. Həyat daima üzünüzə gülsün Nəhayət Şirinova!
Kamran Orucov.
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının  təsisçisi və baş redaktoru.

ÖNDERTV.ORG

Oxşar xəbərlər