Heydər Əliyev 1991 ci il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edərək böyük bir ənənənin başlanğıcını qoydu.
30-12-2022, 12:00
316

Heydər Əliyev 1991 ci il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edərək böyük bir ənənənin başlanğıcını qoydu.

Heydər Əliyev 1991 ci il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edərək böyük bir ənənənin başlanğıcını qoydu.

2001-ci ildən ulu öndərin rəhbərliyi ilə başlayıb 2022-ci ildə cənab İlham Əliyevin sədrliyi ilə davam edən Dünya Azərbaycanlılarının Qurultayı bu illər ərzində dünyanın hər yerində olan soydaşlarımızı birgə, həmrəy olmağa dəvət etdi. Hər 4 ildən bir keçirilən qurultaylar sırasında V qurultayın xüsusi yeri olduğunu qeyd edə bilərik. Tarixə həmçinin "Zəfər Qurultayı" kimi daxil olaraq Şuşada keçirilməsi onu daha fərqli etdi.

İllər sonra Heydər Əliyevin sözləri birlik və həmrəylik sayəsində gerçək oldu:"Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq". 

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Gününü dünyanın hər tərəfində yaşayan milyonlarla azərbaycanlı qeyd edir. Yer kürəsinin harasında yaşamasından asılı olmayaraq ürəyi Vətən üçün döyünən hər kəs əməlində də dövləti üçün böyük işlər görür. Dilimizi, adət-ənənəmizi, mənsubiyyətimizi, milli-mənəvi dəyərlərimizi fəxrlə hər yerdə təbliğ etməkdən gözəl nə ola bilər ki?! 

ÖNDERTV.ORG

İllər idi ki, xarici ölkələrdə yaşayan vətəndaşlarımız mövzu Qarabağ olanda utanıb, yalnız müdafiə formasında həqiqəti insanlara sözlərlə çatdırırdısa, bu gün hər kəs məğrur və əzmlə dik baxır. Qalibiyyət üçün döyüşmək lazımdır. Amma hər döyüşçü də qalib olmur. Deməli qalibiyyət üçün döyüşməkdən əlavə nələrsə də vacibdir. Bu da, həmrəylikdir. 
İkinci Qarabağ müharibəsində əsgərlə, döyüşçü ilə həmrəy olaraq tarixə Zəfər qazandıran da Azərbaycan xalqı idi.

Bu gün Qarabağlılar öz torpaqlarına, evlərinə qovuşurlar. Amma hələ evsiz, yurdsuz qalan Qərbi Azərbaycanlılar və Cənubi Azərbaycanlılar var. Vətəndən, doğma eldən, obadan uzaq yaşayan milyonlarla insanlar var. Arazın o tayından Qarabağ müharibəsində əsgərlərimizi ruhlandırmaq üçün oxunan o türkülər, Qərbi Azərbaycan İcmasının aktiv fəaliyyəti və cənab İlham Əliyevin bu mövzuda etdiyi çıxışlar da hamının bu məsələdə də həmrəy olduğuna işarədir. İlham Əliyev: "Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar ".

Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə hər kəsi təbrik edirəm. Dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycan naminə hər zaman bir, həmrəy olaq.


Elnurə Cəfərzadə, QEYD - Sosial Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru


ÖNDERTV.ORG

Oxşar xəbərlər