Qərbi Azərbaycana - tarixi torpaqlarımıza qayıdacağıq.
28-12-2022, 22:01
174

Qərbi Azərbaycana - tarixi torpaqlarımıza qayıdacağıq.

ÖNDERTV.ORG

Məlum olduğu kimi 24 dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüş keçirmişdir. Görüş zamanı, Qərbi Azərbaycanın tarixi torpaqlarımız olmasını faktlarla əsaslandıran ölkə başçımız bir daha vurğuladı ki “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.” Cənab Prezidentin İcma üzvləri ilə görüşdə bir sıra mühüm əhəmiyyət kəsb edən məqamlara toxunmaqla xalqa xüsusi mesaj çatdırır ki, biz əzəli torpaqlarımıza mütləq qayıdacağıq.Ona görə də qədim torpağımız olan Qərbi Azərbaycana qayıdış üçün inamımızın sarsılmaz olmalıdır. Bu baxımdan cənab İlham Əliyev çıxışında bildirdi ki, Qərbi Azərbaycandan olan ziyalılar Zəngəzurun, İrəvanın Azərbaycan ərazisi olduğunu bütün dünyaya çatdırmaq üçün əllərindən gələni etməli, Qərbi Azərbaycanın elmi irsi araşdırılmalı, mədəniyyətini dünyaya tanıtmaq üçün fəal işlər görülməlidir. Bir sözlə, bütün tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər.
Məlum olduğu kimi, 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində və tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunub, azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki türk-müsəlman abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminin qurbanına çevrilib.1988-1989-cu illərdə isə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Məhz bundan sonra Ermənistan parlamentinin qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirildi, tarixi, maddi-mədəni irs tamamilə silindi və erməniləşdirildi.
Cənab Prezident bu fikri vurğulamaqla dünya güclərinə, ermənilərin havadarlarına xatırladır ki, sizin düşüncənizdən asılı olmayaraq tarix tarixliyində qalır. Bu tarix bir millətin mübarizə tarixidir və onu silmək, unutdurmaq mümkün deyildir. İstər çarizm dövründə, istərsə də Sovetlər Birliyi dönəmində xalqımıza qarşı bir çox cinayətlər törədilmiş, deportasiya, ayrı-seçkilik siyasəti yürüdülmüş, bir xalqın məhv edilməsi üçün nə gərəkirsə həyata keçirilmişdir.
Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının fəlaiyyət istiqamətlərini də göstərdi: “ Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır.Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”. Həmçinin rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalı, Azərbaycan xalqının tarixi irsinin necə dağıdılğı beynəlxalq arenaya çıxarılmalıdır. Ölkə başçısı vurğuladı ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalı və Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə, nəticəyə hesablanmış tərzdə aparmalıdır. 

YAP Quba rayon təşkilatının sədri                             
Fidan Hüseynova.
ÖNDERTV.ORG

Oxşar xəbərlər