
Dünya
30-08-2022, 10:10
325
Bu ölkədə musson yağışları nəticəsində 777 nəfər öldü
Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində 777 nəfər həyatını itirib.
“Öndərtv.org” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.Məlumata görə, leysan yağışların səbəb olduğu daşqınlardan 1,8 milyon insan zərər çəkib.
Bəlucistan, Pəncab və Sind əyalətlərinin kənd yerlərində yardım və tibbi müdaxilə düşərgələri yaradılıb. Hazırda yaradılan yardım düşərgələrində 317 min 678 nəfər yaşayır.
Ölkə boyu dağılmış körpülər və su basmış yollarla birlikdə 60 mindən çox evə ziyan dəyib.