İrəvandakı partlayışda 27 nəfərin taleyi məlum deyil - Yenilənib
14-08-2022, 23:47
85

İrəvandakı partlayışda 27 nəfərin taleyi məlum deyil - Yenilənib

İrəvanda “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışda 20 nəfərin taleyi barədə məlumat yoxdu.

Öndərtv.org” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan deyib.
O bildirib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, bu gün İrəvanın “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Hadisə zamanı 60 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır.
***
İrəvan meriyası ticarət mərkəzində partlayış nəticəsində 27 nəfərin itkin düşdüyünü bildirib.

Oxşar xəbərlər