93 saat sonra tapılan 9 nəfərin 8-i xilas edildi - Fotolar - Yenilənib
10-02-2023, 17:53
93

93 saat sonra tapılan 9 nəfərin 8-i xilas edildi - Fotolar - Yenilənib

ONDERTV.ORG

06:58
Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda 9 nəfər bir binanın dağıntıları altında eyni anda sağ aşkarlanıb.
“ONDERTV.ORG” xəbər verir ki, möcüzə zəlzələdən 93 saat sonra baş verib.
Tapılan şəxslərin adları da məlum olub. Onlardan 6-sı Oqtay ailəsinin üzvləridir.
Məlumata görə, xilasedicilər həmin şəxslərin hər biri ilə əlaqə yarada bilib, onların dağıntılar altından çıxarılması üçün 5 saatdır işlər davam etdirilir. Hazırda isə zəlzələdən 98 saat keçib.

11:23
102 saat sonra 6 nəfər uçan 5 mərtəbəli binanın dağıntıları altından çıxarılıb. Bunlar Yasemin və Kadir Oktay cütlüyü və onların oğlu Arda (15 yaş), qızları Zilan (22 yaş), Helin (24 yaş) və Dilandır (19 yaş). Yaralılar xəstəxanaya yerləşdirilib. Digərlərinin xilas edilməsi ilə bağlı işlər davam etdirilir. 
16:29
Oktay ailəsi ilə üzbəüz qonşu olan Raziye və Hacı Murat Kılınç cütlüyünün xilas edilməsi ilə bağlı işlər davam etdirilir. 
17:05
Raziye və Hacı Murat Kılınç cütlüyü dağıntılar altından 5 dəqiqə fərqlə sağ çıxarılıb. Onların polis olduğu bildirilir. Yan binada olduğu düşünülən 9-cu nəfərin isə axtarışları davam etdirilir.













ONDERTV.ORG

Oxşar xəbərlər