Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 30 iliyi ilə bağlı  tədbir keçirildi - FOTOLAR 
20-11-2022, 12:50
461

Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 30 iliyi ilə bağlı  tədbir keçirildi - FOTOLAR 



" Zəfər Yolu" İB-in, Founder Club sahibkarlar klubunun və Tem- Art -ın birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yaranmasının  30 illiyi münasibəti ilə əlaqədar tədbir keçirildi.

"Zəfər Yolu" İB-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıldı. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açılış sözü ilə hərbi hissə komandiri polkovnik-leytenant Fariz Hüseynov açdı: "Hərbi hissəmizə xoş gəlmisiniz, şəxsi heyət və əsgərlərimiz adından sizləri salamlayıram. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  44 günlük Vətən muharibəsində qazandığımız qələbə bizim şanlı tariximizə qızıl hərflərlə yazıldı. Allah dövlətimiz, vətənimiz uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə tezliklə şəfa diləyirəm. Hərbi hissənin yaranmasının 30 illiyi ilə bağlı tədbirə dəvətimizi qəbul edib gəldiyiniz üçün Zəfər Yolu İB-in sədri Pərvanə Abdullayevaya və ictimai birliyin kollektivinə dərin təşəkkürümü bildirirəm.   Allah dövlətimizi, xalqımızı və ordumuzu qorusun."

"Zəfər Yolu" İB-in sədri, şair-publisist Pərvanə Abdullayeva və "Founder Club"un rəhbəri Ruslan Dəmirov da hərbi hissənin heyətinə yubiley münasibətilə səmimi təbriklərini çatdırıblar.  44 günlük Vətən Müharibəsinin gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolundan danışıblar.  

44 günlük Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası, təqaüddə olan ədliyyə mayoru Çiçək Biləndərli də oğlunun vətənə olan məhəbbətindən, keçdiyi döyüş yolundan danışıb. Əsgər və zabit heyətini təbrik edib.

Tədbirdə hərbi hissənin əsgər-zabit heyəti, şəhid ailələri, veteranlar, ehtiyatda olan zabitlər, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.

Tədbir dəvət olunan qonaqların çıxışları, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bir neçə saat davam etdi.

Sonda tədbir iştirakçıları, qonaqlar, tədbirin ərsəyə gəlməsində dəstəyini əsirgəməyən bir neçə şirkətlər, onların nümayəndələri təşəkkürnamə və diplomlarla təltif edildilər.



ÖNDERTV.ORG
 

Oxşar xəbərlər