Tanınmış ictimai xadim Dünyaxanım Əliyevanın doğum günüdür.
16-12-2022, 09:19
142

Tanınmış ictimai xadim Dünyaxanım Əliyevanın doğum günüdür.

Tanınmış ictimai xadim Dünyaxanım Əliyevanın doğum günüdürÖNDERTV.ORG rəhbərliyi və əməkdaşları adından Dünyaxanım xanımı təbrik edir ,səmimi diləklərimizi çatdırırıq. Hər zaman insanlara sevgi ,qayğı ,mərhəmət göstərən , xüsusi insani keyfiyyətlərlə özünə hörmət qazanan Dünyaxanıma sağlam ömür arzu edirik. Vətənpərvərliyi ilə hər zaman seçilən yüksək əqidəyə malik olan xanıma işlərində nailiyyətlər diləyirik. 
 Qeyd edək ki, Dünyaxanım Əliyeva 1961-ci ildə 16 dekabr tarixində Lerik rayonunda anadan olmuşdur. 
Dünyaxanım Əliyeva 90-ci illərdən ölkənin ictimai həyatında fəallığı ilə seçilmiş, 1992–2003-cü illərdə “AMAY” MMC-nin sədr müavini olmuşdur. Qarabağ döyüşlərində tez-tez əsgər və zabitlərimizlə görüşmüş, hərbi hissələrə yardımlar aparmışdır.Dünyaxanım Əliyeva Mərdəkan qəsəbəsində və “Qızılqum” sanatoriyasında məskunlaşmış məcburi köçkün və qaçqınlara yardım etmiş, 1992-ci ildən 2003-cü ilə qədər Pirşağıda yerləşdirilmiş Xocalıdan olan 48 ailəyə maddi və mənəvi dəstək göstərmişdir. Xocalıdan olan şəhid ailələrinə kömək etmiş, hər il faciənin ildönümü münasibəti ilə onlar üçün tədbirlər təşkil etmişdir.
“Dünya Ana və Uşaq” ictimai birliyinin sədridir. Dunyaxeber.org saytının rəhbəridir.





ÖNDERTV.ORG

Oxşar xəbərlər