FHN-in bu əməkdaşları ilə bağlı araşdırma başladı
5-11-2022, 14:15
222

FHN-in bu əməkdaşları ilə bağlı araşdırma başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin iki müstəntiqi barədə korrupsiya ittihamı ilə araşdırma başlayıb.
ÖNDERTV.ORG-un əldə etdiyi məlumata görə, müstəntiqlər - Zaur İslamov və Rüfət Nuriyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.
İdarədə onların korrupsiya əməllərinə yol verməsi şübhələri ilə bağlı araşdırma aparılır.
FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin Əməliyyat-istintaq idarəsinin təhqiqatçıları Rüfət Nuriyev və Zaur İslamov barədə vətəndaşların şikayətləri əsasında Fövqəladə Hallar Nazirliyində araşdırma aparılıb və toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə göndərilib.


ÖNDERTV.ORG

Oxşar xəbərlər