Baş konsulluq: İstanbulda partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur
14-11-2022, 16:17
83

Baş konsulluq: İstanbulda partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur


Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində aralarında Azərbaycan vətəndaşları yoxdur.
ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun yaydığı məlumatda deyilir.


İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb. Xəsarət alanların 50 nəfəri ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanalarda müalicə alan 31 yaralı var. Onlardan 8-i xarici vətəndaşlardır. Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur”, - konsulluqdan bildirilib.
Bu gün Baş konsul Nərminə Mustafayeva hadisə yerinə gedib. O, terror qurbanlarının xatirəsini anıb, gül dəstələri düzüb.



ÖNDERTV.ORG 

Oxşar xəbərlər