Ağdam Sənaye Parkında sahibkarlıq subyektinə rezident statusu verilib - FOTO
14-11-2022, 16:14
98

Ağdam Sənaye Parkında sahibkarlıq subyektinə rezident statusu verilib - FOTO

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında bildirib.
“Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 12-ə çatıb. Yeni rezident “NN-Tel Group” MMC tərəfindən sənaye parkında investisiya həcmi 1,3 milyon manat olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq”, - deyə nazir qeyd edib.

ÖNDERTV.ORG 

Oxşar xəbərlər