Azərbaycan İsraillə birgə Xəzərin suyu ilə bağlı zavod tikəcək
10-10-2022, 13:19
74

Azərbaycan İsraillə birgə Xəzərin suyu ilə bağlı zavod tikəcək

Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod yaradılacaq.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, bununla bağlı Azərbaycanla İsrail arasında Anlaşma Memorandumu imzalanıb.
"İsrailin su emalı sahəsində tanınmış I.D.E. Water Assets Ltd (IDETechnologies) şirkəti və Azərbaycan İnvestisiya Şirkəti ASC arasında ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb", - M.Cabbarov yazıb.



ÖNDERTV.ORG

Oxşar xəbərlər