“Məqsədimiz ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır” - Foto
25-10-2022, 20:42
85

“Məqsədimiz ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır” - Foto

“Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir”.
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov ölkəsinin Müstəqillik Günü və Qazaxıstan-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə təşkil edilən tədbirdə deyib.
Onun sözlərinə görə, Qazaxıstan 2022-ci ilin yanvarında baş verən iğtişaşlardan sonra həqiqi olaraq yenilənib:
“Bu dəyişikliklərin ən önəmli hissəsi siyasi islahatlardır. Biz həmçinin iqtisadiyyatımızı monopoliyadan azad edirik”.
Səfir deyib ki, Azərbaycanla Qazaxıstan strateji tərəfdaş və müttəfiqfirlər.
VETENİM-AZƏRBAYCANDIR.AZ Prezidenti Kasım Jomart Tokayevin Bakıya səfəri zamanı imzalanan sənədlər ikitərəfli münasibətlərdə yeni səhifə açdı. Bizim məqsədimiz iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini yaxın gələcəkdə 1 milyard dollara çatdırmaqdır".
Azərbaycanın energetika naziri Pərviz Şahbazov vurğulayıb ki, Qazaxıstan daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:
“Azərbaycan ümumilikdə, Qazaxıstana 204 milyon dollar, Qazaxıstan isə Azərbaycana 100 milyon dollar investisiya yatırıb. Bu ilin əvvəlində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artaraq 369 milyona çatıb”.


VETENİM-AZƏRBAYCANDIR.AZ


Oxşar xəbərlər