Siyasət
26-10-2022, 11:10
265
Təmraz Tağıyev Avropa Şurası Konqresinin 43-cü sessiyasında çıxış edib - Fotolar
Azərbaycan bələdiyyə üzvlərindən ibarət nümayəndə heyəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 43-cü sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinin üzvü Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Konqresin “Ağıllı şəhərlər və regionlar: insan idarəetməsinin yanaşma perspektivləri” mövzusunda keçirilən panel iclasında çıxış edib.
Çıxışında assosiasiya sədri bildirib ki, dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, bu rəqəm 70 faiz təşkil edəcək: “Ağıllı şəhərlər gələcək nəsil üçün həyati amillərdən biridir, çünki resursların həddindən artıq istifadəsi, karbon emissiyalarının artması, imkan bərabərliyinin azalması, yoxsulluq, sürətlə inkişaf edən şəhər inkişafının yaratdığı infrastrukturun qeyri-kafiliyin qarşısını ancaq ağıllı şəhərlərin köməyi ilə almaq olar. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı bildirir ki, davamlı inkişaf şəhər məkanlarımızı qurmaq və idarə etmək üsulumuzu dəyişdirməklə mümkün olacaq. Buna görə də davamlı gələcəkdə ağıllı şəhərlərin rolu vacibdir.
Düşünürəm ki, sürətlə inkişaf edən ağıllı şəhərlərdə insan hüquqlarının əhəmiyyəti diqqətdən kənarda qalır. Hesabatda bildirildiyi kimi, məlumatların mühafizəsi və nəzarəti, şəffaflıq və rəqəmsal bərabərsizliyin dərinləşdirilməsi kimi məsələlər narahatlıq doğuran əsas məsələlərdəndir. Bu günlərdə Avropanın bir çox yerində ağıllı şəhərlərin konfiqurasiyası işləri aparılır və Konqresin köməyi ilə qarşılıqlı təcrübə mübadiləsi ağıllı şəhərlərin tikintisini gücləndirə bilər.”
Xatırladaq ki, iclasda ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konqresin iclaslarında nümayəndə heyətinin üzvləri Naxçıvan MR Ali Məclisinin üzvü Aidə Cəlillzadə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynova iştirak edir.
Qeyd edəkki, Konqresin işində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış edib, bugün kü iclasda isə nümayəndə heyətinin rəbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun çıxışı nəzərdə tutulub.

ÖNDERTV.ORG
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinin üzvü Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Konqresin “Ağıllı şəhərlər və regionlar: insan idarəetməsinin yanaşma perspektivləri” mövzusunda keçirilən panel iclasında çıxış edib.
Çıxışında assosiasiya sədri bildirib ki, dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, bu rəqəm 70 faiz təşkil edəcək: “Ağıllı şəhərlər gələcək nəsil üçün həyati amillərdən biridir, çünki resursların həddindən artıq istifadəsi, karbon emissiyalarının artması, imkan bərabərliyinin azalması, yoxsulluq, sürətlə inkişaf edən şəhər inkişafının yaratdığı infrastrukturun qeyri-kafiliyin qarşısını ancaq ağıllı şəhərlərin köməyi ilə almaq olar. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı bildirir ki, davamlı inkişaf şəhər məkanlarımızı qurmaq və idarə etmək üsulumuzu dəyişdirməklə mümkün olacaq. Buna görə də davamlı gələcəkdə ağıllı şəhərlərin rolu vacibdir.
Düşünürəm ki, sürətlə inkişaf edən ağıllı şəhərlərdə insan hüquqlarının əhəmiyyəti diqqətdən kənarda qalır. Hesabatda bildirildiyi kimi, məlumatların mühafizəsi və nəzarəti, şəffaflıq və rəqəmsal bərabərsizliyin dərinləşdirilməsi kimi məsələlər narahatlıq doğuran əsas məsələlərdəndir. Bu günlərdə Avropanın bir çox yerində ağıllı şəhərlərin konfiqurasiyası işləri aparılır və Konqresin köməyi ilə qarşılıqlı təcrübə mübadiləsi ağıllı şəhərlərin tikintisini gücləndirə bilər.”
Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Zonasında tikilməkdə olan Ağalıda salınan ağıllı kəndi misal olaraq çəkən assosiasiya sədri daha sonra bunları bildirib: “Ən vacib amillərdən biri olaraq Ağalıda bütün həyat yalnız bərpa olunan enerji mənbələri hesabına qarşılanır ki, bu da Konqresin 2021-2026 Prioritetlərinin 6-cı maddəsini, yəni Ətraf Mühit Problemləri və İqlim Fəaliyyətini nəzərə alır. Digər mühüm vəzifə hər kəsə distant təhsil seçimi ilə bərabər innovativ və rəqəmsal təhsilin veriləcəyi smart məktəblərin yaradılmasıdır. Bu cür ağıllı məktəblər, Layihənin təklifinin 2.c və 3.c bəndlərində qeyd olunduğu kimi, gənc nəsil arasında rəqəmsal bərabərsizliyin və sosial/iqtisadi ayrı-seçkiliyin dərinləşməsinin qarşısını alacaq. Bu gün Ağalıda ağıllı kənddə bir çox başqa yeniliklər yaradılır və biz Konqres və Avropa Şurasının digər üzvləri ilə təcrübə mübadiləsi aparmağa hazırıq.”
Son olaraq sədr qeyd edib ki, Ağalıda salınan ağıllı kənd bütün Dayanıqlı İnkişaf Məqsədlərini nəzərə alır və bu istiqamətdə inkişaf edir: “İnşallah, Konqres Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ İqtisadi Zonalarında tikilən ağıllı şəhərlərin inkişafı üçün öz təcrübəsini və köməyini saxlayacaq. Konqres Avropada insan yönümlü ağıllı şəhərlərin planlaşdırılması və biznesində böyük kömək ola bilər. Ümid edirəm ki, yaxın gələcəkdə Konqres bu məsələni aktiv fazaya çıxararaq, ağıllı şəhərlərin daha səmərəli, sosial, əlçatan, ədalətli, texnoloji və yaşana bilər olmasında böyük paya sahib olacaq.”Xatırladaq ki, iclasda ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konqresin iclaslarında nümayəndə heyətinin üzvləri Naxçıvan MR Ali Məclisinin üzvü Aidə Cəlillzadə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynova iştirak edir.