Putin İlham Əliyevi və Paşinyanı Rusiyaya dəvət etdi
25-10-2022, 16:35
126

Putin İlham Əliyevi və Paşinyanı Rusiyaya dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətlərdəki vəziyyəti müzakirə etmək üçün növbəti üçtərəfli sammit üçün Rusiyaya dəvət edib.
ÖNDERTV.ORG TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. 
"Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib. Burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır", - Zaxarova bildirib.



ÖNDERTV.ORG

Oxşar xəbərlər