İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - Yenilənib
25-10-2022, 16:33
73

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - Yenilənib

Bu gün AMEA-da prezident seçkiləri keçiriləcək.
ÖNDERTV.ORG xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.
Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib.Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.
Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib. 
***
10:53
Seçkinin qapalı keçiriləcəyi gözlənilir.
***
12:02
Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiqlənib.
***
12:34
Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.
Qeyd edək ki, 73 yaşlı İsa Həbibəyli buna qədər AMEA-nın vitse-prezidenti olub. 



ÖNDERTV.ORG

Oxşar xəbərlər