"Qarabağın qısa müddətdə regionun parlaq ulduzuna çevriləcəyinə inanıram"
21-10-2022, 14:06
124

"Qarabağın qısa müddətdə regionun parlaq ulduzuna çevriləcəyinə inanıram"

Azərbaycanın investisiyaları ilə Qarabağın qısa müddət ərzində regionun parlaq ulduzuna çevriləcəyinə inanıram.
ÖNDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, bunu gecə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurarkən jurnalistlərə açıqlamasında deyib
"Azərbaycanlı qardaşlarımız işğaldan azad etdikləri ərazilərdə başladıqları tikinti və yenidənqurma işlərini sürətlə davam etdirir. Ötən il Şuşa və Füzuliyə səfər zamanı buradakı işlərlə tanış olmuşduq. Bir il sonra Qarabağın gəldiyi nöqtəni görmək, gündən günə inkişafını müşahidə etmək bizi çox məmnun etdi", - deyə R.T.Ərdoğan bildirib.




ÖNDERTV.ORG

Oxşar xəbərlər