Hava limanında Ərdoğandan maraqlı jest: Bunu demək istədi... VİDEO
20-10-2022, 13:42
93

Hava limanında Ərdoğandan maraqlı jest: Bunu demək istədi... VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevin dəvəti ilə səhər saatlarında Esenboğa hava limanından Azərbaycana gedib. Ərdoğanın təyyarəsində milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və rabitə direktoru Fahrettin Altun da olub.
ÖNDERTV.ORG xəbər verir ki. burada Ərdoğan Əliyevlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazisində türk şirkətlərinin töhfələri ilə inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.

O, həmçinin regionun inkişafı üçün başlanmış yeni layihələrin əsasını qoyacaq.
Səfər zamanı keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərə bütün aspektlərdə yenidən baxılacağı, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir.
Hava limanına qısa bir nəzər salan  prezident Ərdoğan  əli ilə "əla" işarəsi verib.
Nərgiz,
ÖNDERTV.ORG





ÖNDERTV.ORG

Oxşar xəbərlər