“İşğaldan azad edilən torpaqlarda bir ildə iki hava limanı açmaq hər ölkənin bacara biləcəyi iş deyil”
20-10-2022, 20:27
77

“İşğaldan azad edilən torpaqlarda bir ildə iki hava limanı açmaq hər ölkənin bacara biləcəyi iş deyil”

“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə son illər böyük, uğurlu yol keçib, dünya miqyasında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır”.
 VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.
“Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür”, - deyə dövlət başçısı vurğulayıb.



 
VETENİM-AZƏRBAYCANDIR.AZ

Oxşar xəbərlər