2020-ci ildə 12 uşaq erməni terrorunun qurbanı olub
19-10-2022, 21:31
317

2020-ci ildə 12 uşaq erməni terrorunun qurbanı olub

Ermənistanın 44 günlük müharibə zamanı Azərbaycan əhalisinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması nəticəsində 12 uşaq həlak olub.
 
ÖNDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında qeyd edilib.
Paylaşımda həmçinin terror qurbanı olan uşaqlar barədə qeyd edilib.
"Fərid İsgəndərov - 14 yaş , Fidan Qurbanova - 14 yaş , Şəhriyar Qurbanov - 13 yaş, Artur Mayakov - 13 yaş, Mədinə Şahnəzərli - 1 yaş, Məryəm Xəlilli - 6 yaş , Orxan İsmayılzadə - 16 yaş, Nigar Əsgərova - 15 yaş , Nəzrin Əsgərova - 10 ay, Orxan Xəlilli - 11 yaş , Aysu İsgəndərova - 7 yaş , Şahmalı Rəhimov - 13 yaş" - deyə bildirilib.


 
ÖNDERTV.ORG

Oxşar xəbərlər