Xalqın xilaskarına sevgisi.
3-10-2022, 21:10
136

Xalqın xilaskarına sevgisi.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsi, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar.

Hər bir xalqın tarixində öz xalqı üçün, vətəni naminə, dövlətinin inkişafına böyük töhfələr bəxş edən, çətin anda vətənini müsibətlərdən, baş vermiş təhlükələrdən xilas edib doğru- düzgün istiqamətə yönəldən, xoşbəxt gələcəyə doğru aparan tarixi şəxsiyyətlər, ictimai siyasi xadimlər, xilaskarlar yetişir. Öz işi, uzaqgörən siyasəti, xalqına sevgisi, haqlı mövqeyi ilə seçilən belə tarixi şəxsiyyətlər bilavasitə tanrının  həmin xalqa bəxş etdiyi ən böyük  töhfəsidir. Bütün Azərbaycan xalqı üçün belə böyük xilaskar, qəlbi hər zaman vətən eşqi ilə döyünən, Azərbaycanlı olması ilə hər zaman qürur duyan dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev həm 1969-1982-ci illərdə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi, eyni zamanda 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışarkən, eyni zamanda Respublikamızda çalışdığı diğər vəzifələrdə xalqımızın, dövlətimizin inkişafına, dövlətçiliyimizə elə böyük xidmətlər göstərmişdir ki, Azərbaycan xalqı çətinə düşəndə ilk olaraq xalqımıza kömək edə biləcək şəxsin, xilaskarın yalnız Ulu öndər Heydər Əliyevin ola biləcəyini qətiləşdirmişdi.1991-1993-cü illərdə dövlət müstəqilliyinin ilk illərində çox çətin sınaqlarla üzləşən Azərbaycan Respublikası parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu təhlükəyə səbəb bir tərəfdən xain, işğalçı qonşularımız olan ermənilərin Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozaraq sərhədboyu rayonlarımızı, Dağlıq Qarabağı işğal etmək idisə, digər tərəfdən ölkəyə rəhbərlik edən AXC-Musavat cütlüyünün həyata keçirdiyi səriştəsiz, bacarığsız siyasəti nəticəsində ölkəni xaosa, anarxiyaya sürükləməsi, vətəndaş müharibəsi ilə üz-üzə qoyması idi. Qanunsuz hərbi dəstələrin hədələri qarşısında aciz qalan o zamanki ixtidar onda anladı ki Ulu öndəri Naxçıvandan Bakıya dəvət etməsə ölkəni xilas etmək mümkün olmayacaq, vətəndaş müharibəsi başlayacaq və qardaş qanı axıdılacaqdır. Əslində Ulu öndərin Naxçıvandan Bakıya dəvət edilməsi o zamanki iqtidarın çarəsiz şəraitdə özünü xilas etmək üçün hakimiyyətdən çəkilməsi idisə Azərbaycan xalqı üçün Ulu öndər sevgisi, Heydər Əliyev şəxsiyyətinin dövlətçilk təcrübəsinə inamı, ədalətin, bərpa olunan həqiqətin təntənəsi idi.15 iyun 1993-cü il xalqımızın vətəndaş müharibəsindən xilas olması parçalanmaqda  olan dövlətçiliyimizin Qurtuluşu idi.15 iyunda Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilən Ümummilli lider Heydər Əliyevin qısa zamanda Respublikamızı xilas etmək üçün həyata keçirdiyi məqsədyönlü tədbirləri vəziyyəti müsbətə doğru dəyişdirdi və Respublikada olan özbaşınalığın, hərc - mərcliyin, qanunsuz silah dəstələrin at oynatmasının qarşısını almış oldu. Artıq 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçkilərinə gələn Azərbaycan vətəndaşı, Azərbaycan xalqı  öz seçimini etmişdi. İllərin təcrübəsi, zəngin və tükənməyən biliyi, uzaqgörən siyasəti, xalqına olan sevgisi ucalan Ulu öndər Heydər Əliyevi xalqının əbədi Prezidenti seçmişdi. Ulu öndər Azərbaycan dövlətçilik tarixinin yenidən parlayan günəşi idi. Bəli Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkədə  hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl islahatlar həyata keçirilməyə başlandı. Umummilli lider Heydər Əliyevin 1-ci Prezidentliyi dövründə 1993-1998 ci illərdə keçirilən islahatlara aiddir. Konstitusiya komissiyasının yaradılması, və 1995-ci il noyabr ayının 12-də referendumla Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, Azərbaycan Respublikasında ilk dəfə parlament seçkiləri keçirilməsi, 
1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkilyin bütün formalarının ləqvi haqqında" Konvensiyaya qoşulması 
1996-cı ildə Prezident yanında Hüquqiİ islahatlar Komissiyası yaradılması. 
Bu Komissiyanın fəaliyyətinin həyata keçirdiyi  tədbirlərə misal olaraq 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv edilməsi ilə  demokratiya və beynəlxalq hüquq normalarına əməl edilməsi istiqamətində daha bir mühüm addımın həyata keçirilməsi. Daha sonrakı fərmanlarla 1998-ci il avqustun 6-da senzuranın ləğv edilərək Vətəndaş, söz, fikir, mətbuat azadlığının elan edilməsi. Elə həmin ildə məhkəmə islahatı keçirilməsi və Konstitusiya Məhkəməsi yaradılması . Ümummili lider Heydər Əliyevin Azərbaycanda ikinci Prezidentliyi dövründə Azərbaycanda ilk bələdiyyə seçkilərinin keçirilməsi, 2001 - ci ilin dekabrında Ombudsman ("İnsan Hüquqları üzrə Müvəkkil) haqqında Konstitusiya qanununun qəbul edilməsi, 2002-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ilk referendumun keçirilməsi. Azərbaycanda həyata keçirilən hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu islahatlarının mühüm tərkib hissəsi idi.
Beləliklə Ümummilli liderin Prezidentliyi dövründə Azərbaycan Respublikasında həyata keçirilən islahatlar dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və güclü dövlətin inkişafına şərait yaratdı. Azərbaycan Respublikası güclü dövlət kimi xoşbəxt gələcəyə doğru inamla addımlamağa başladı.
Azərbaycan Respublikasının inkişafı, xalqımızın rifahı halının yaxşılaşdırılması, dövlətimiziin möhkəmləndurilməsi naminə öz zəngin bilik və bacarığını əsirgəməyən, ömrünü xalqına həsr edən, xalqı üçün etdikləri ilə xalqımızın qəlbində özünə əbədi heykəl ucalaldan ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anır, ölməz ruhu qarşısında baş əyirik. Nə qədər ki Azərbaycan xalqı yaşayır, bu Vətən ulu öndərin xalqı üçün etdiklərini unutmayacaq, onun əziz xatirəsini qəlbində daim yaşadacaqdır.

YAP Quba Rayon, Qaraçay ərazi partiya təşkilatının sədri, tarix müəllimi Bariz Allahverdiyev.



ÖNDERTV.ORG  

Oxşar xəbərlər