Bizə əl uzadanin əli qırılacaq.
16-09-2022, 03:52
657

Bizə əl uzadanin əli qırılacaq.

Qan bahasına geri alınan torpaqlarımızda mənfur düşmənin təxribatı nəticəsində günlərdir ki, cəbhədən həyəcan və təlaş içində gözlədiyimiz xəbərlər, ciyərlərimizi dağladı. Neçə evin çırağı söndü. Neçə gəncin ömrü yarımçıq qaldı. Elimiz, millətimiz yas, matəm içində, gözü qan yaşlı olub ŞƏHİD xəbəri ilə ürəyimiz parçalanırkən "Siyasi mühacir" adı ilə xaricə qaçıb ordan hakimiyyəti ən əxlaqsız,  ən pis ifadələrlə təhqir edən məxluqların Azərbaycan adına vurduqları zərbə heç də, ermənilərin etdiyindən fərqlənmir. Onların çıxışlarını, çağırışlarını dinləmək utanc verici oluduğu qədər, həm də insanı hiddətləndirir Xalq matəm içində ikən, onlar orda oturub qarayaxma kompaniyası keçirir, xalqın sevgisini qazanan şəxsiyyəti, namusu, şərəfi ilə ad qazanan iş adamına gülünc ssenari üzrə oyun qururlar. Ölkənin ən ağır günlərində əzmkarlığı, iş bacarığı, biznes planları ilə önə çıxıb azdan başlayaraq böyük iş qurub 2000 çox vətəndaşı işlə təmin edən, respublikaya ərzaq, taxıl gətirilməsində böyük rolu olan Şəmsi Səmədzadə o, çətin dönəmlərdə ölkə başçısının diqqətindən yayınmadı. Ulu Öndərimiz gənc iş adamını dəvət edib, onun gördüklərini təriflədi və xaricdə keçirilən sərgilərdə iştirakına dəstək oldu. Şəmsi Səmədoğlu öz əməyi, bacarığı, əzmkarlığı, yorulmazlığı sayəsində gün-günə şirkətini genişləndirdi. Həmin dövrdə yüksək vəzifədə olan məmur özbaşınalığın son həddinə keçib onun yaratdığı şirkətlərə sahib çıxmaq istəyəndə, Şəmsi bəy kimsəyə şikayət etmədən davasını KİŞİ kimi çəkib,  tək mübarizə apardı və ən sonunda yenilməzliyi ona bada başa gəldi və günahsız yerə, ÖMÜRLÜK həbs hökmü oxundu. 23 il məhkum həyatı keçirən bu insan həbsdə çoxlarına örnək oldu. 23 il onun görüşünə həbsxanaya ailə üzvü qadınlardan kimsənin gəlməsinə izn vermədi. Anası ağır əməliyyata gedən zaman "Ölsəm məzara həsrətli getməyim oğul" deyib, bircə dəfə görüş icazəsi aldı. Şəmsi Səmədoğlu azadlıqda əsl KİŞİ ideyası ilə yaşadığı kimi,  həbsdə də, öz əqidəsindən dönmədi,  dəyişmədi. Onu tanıyanların, minlərlə işçilərinin müraciətləri əsasında ölkə başçısının əhv fərmanı ilə azadlığa çıxanda yenə də, əzəmətini, məntiqini pozmadı. 
Vətənini, doğmalarını, əqidəsini heçə sayıb xaricdə yardım sayəsində gün keçirən Qabil, Mirzəli,  Süleyman kimi ağzı pozuq,  mənəviyyatsız zavallılar bütün oyunlardan üzüqara çıxıb, indi də Şəmsi Səmədoğluna dil uzadırlar. Azad olunduqdan sonra Ulu öndərin məzarını ziyarət etməsinə yüz iyrənc don geydirib,  ona qarayaxma kompaniyası başlayıblar.  Bu axmaq zehniyyətlər, heç nə tapmayıb Şəmsi bəyə yapışmayacaq gülünc iftira ilə montaj edib video paylaşdılar. Bu oyuna alət olanlar, özlərini problemə salacaqlarını düşünmədilər. Montaj video əsasında zəng edib 50 min dollar pul tələb etmələrinin cinayət olduğunu anlamadılar.  İndi isə dimdiyindən tora düşən quş misalı, dilləri və əməlləri başlarına bəla oldu. Xüsusi orqanlar bu saxta videonu və pul tələbini araşdırıb layiqli cəzalarını verəcəklər. Şəmsi Səmədoğlu isə bu piar oyunlarına gülüb keçir və iş planlarını gerçəkləşdirir.
ÖNDERTV.ORG       

Oxşar xəbərlər