Şəhidimizin həyat yoldaşı ADPU Quba filialında işlə təmin olundu.
15-09-2022, 14:34
467

Şəhidimizin həyat yoldaşı ADPU Quba filialında işlə təmin olundu.

ADPU Quba filialında yeni kadr təyinatı olub. Belə ki, 44 günlük Vətən savaşının ən cəsur döyüşçülərindən  biri olan Şəhid qardaşımız kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında işlə təmin olunub.
 Günel Məlikova ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin tyutoru vəzifəsinə təyin edilib.  Günel xanım özü də bu ali təhsil ocağında “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə təhsil alıb.
Tabor komandirinin müavini olan kapitan Aqil Niyaz oğlu Məlikov 2020-ci il sentyabrın 27-də erməni təxribatının qarşısını alarkən Füzulinin Qaraxanbəyli kəndində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Aqil, həmçinin 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Qəhrəman hərbçi "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", III dərəcəli "Qüsursuz xidmətə görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", “Vətən uğrunda" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Allahdan rəhmət diləyirik.
Günel xanıma isə işlərində uğur və müvəffəqiyyətlər arzu edirik!
Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır. az  xəbərlər informasiya portalının redaktoru.


ÖNDERTV.ORG       

Oxşar xəbərlər