Tacikistanda 6,8 bal gücündə zəlzələ OLDU
23-02-2023, 09:59
104

Tacikistanda 6,8 bal gücündə zəlzələ OLDU

ÖNDERTV.ORG
Tacikistanın şərqində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ qonşu ölkələrdə də hiss olunub.
ÖNDERTV.ORG xəbər verir ki, Amerika Geoloji Xidməti zəlzələnin maqnitudasının 6,8 olduğunu açıqlayıb.

Bildirilib ki, 20 kilometr dərinlikdə baş verən zəlzələnin episentri Murğob şəhərindən 67 kilometr qərbdə olub.

Zəlzələdən təxminən 20 dəqiqə sonra 5 bal gücündə zəlzələ də baş verib.

Zəlzələ nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.



ÖNDERTV.ORG

Oxşar xəbərlər