Münhen görüşünün təfərrüatları.
21-02-2023, 23:19
103

Münhen görüşünün təfərrüatları.

ÖNDERTV.ORG
Bütün dünya ictimaiyyətini özünə cəlb edən  tarixi görüşləri, diplomatik addımları ilə seçilən ölkə başçımız Cənab İlham Əliyev növbəti görüşə imza atıb. Hər kəsə məlumdur ki, cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı baş tutdu. 
Elə həmən konfransda Prezidentimizin “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda möhtəşəm çıxışı  oldu. 
Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər.
Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır.
Ölkə Başçımız çıxışında qeyd edir ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri bu məsələnin əsas prioritetlərindəndir. 
Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. 
Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox.
Hamı  yaxşı bilir ki, Cənab Prezidentimiz hec bir sözü, heç bir fikiri əbəs yerə demir.
Düşünürük ki, Ermənistan baş nazirinin hər dəfə belə görüşlərdə özünü itirir, ifadələrini baş ayaq salır. Gülüş obyektinə çevrilən baş nazirin ifadələri hələ də dillərdədir.
Hesab edirik ki, bu görüşlərin gələcək diplomatik yahiyələrin icrasında müstəsna rolu olacaqdır.

Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.


ÖNDERTV.ORG

Oxşar xəbərlər