Allah rəhmət eləsin.
20-02-2023, 22:22
293

Allah rəhmət eləsin.


Vetenim-Azerbaycandır.az xəbər verir ki, 19.02.2023- cü il tarixində Rostov vilayayətinin  Birlik cəmyətinin sədri və Xanqızı Natavan Rusiya Azərbaycan təşkilatının sədri, Xocalı həqiqətlərini ölkəmizin hüdudlarında tanıdan Leyla Əhmədova və Milli qəhrəman Fredd Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmovun təşkilatçılığı ilə Xocalı həqiqətləri adlı tədbir keçirildi.Tədbirdə  ictimai xadimlər, Xocalı sakinləri, jurnalistlər də  iştirak edirdilər. İştirakçılar sırasında Demokratik Cəmiyyət və Qadın Hüquqlarının  Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, Xocalı sakini Mürvət Məmmədov, Valeh Hüseynov, milli qəhrəman Füzuli Rüstəmovun varisi bacısı Fiqurə Rüstəmova, QHT sədrləri, Dövlət Quruculuğuna Dəstək İctimai Birliyin sədri Elşad Əliyev, Vetenim-Azerbaycandır.az xəbərlər və informasiya portalının müxbiri Əfsanə Əliyeva, Zəngəzur informasiya agentliyinin direktor müavini Türkanə Səfərova, və iştirak etdilər. Azərbaycan xalqının zamanla yaşadığı dəhşətli soyqırım faktlarından biri də Xocalı Soyqırımıdır. Bu qan donduran hadisələri illərdir xatırlayır, düşmənlərimizin xalqımıza vurduğu bu böyük zərbənin təfərrüatlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırıq. 
Elə bu gün baş tutan tədbirimizdə də Xocalı qurbanları anıldı. Çıxış edən hər kəs bu yaddaşlardan silinməyən faciəni dilə gətirirdi. Amma  bunu hadisəni yaşayan insanlar qədər heç kəs anlaya və anlada bilməz.

Mürvət  Məmmədov da bu dəhşətin canlı şahidlərindəndir. Vətən oğlunun bizə bəhs etdiyi bəzi məqamları sizinlə də bölüşmək istəyirik.
Xocalıdan çıxarkən "14 yaşım var idi.  Təsəvvürümdən heç vaxt silinməyəcək olan bu olay usaqlığıma, gəncliyimdə və bütünlükdə həyat yoluma təsir etdi. Əslində mənim üçün erməni xisləti gizli məqam deyildi. Çünki bunu hələ illər öncədən bilirdim. Aləmlə birgə 1988-ci ildə biz Qərbi Azərbaycanın Göyçə mahalında yaşayırdıq. Bizim taleyimizə ilk köçkünlük həyatı məhz o zaman yazılmışdı. Və qeyd edim ki, ordan köçkün düşərkən bir qardaşımı itirdim və bununla erməni vandalının nəyə qadir olduğunu anladım. Biz Xocalı şəhərinə pənah gətirdik. Xocalılılar bizə doğma münasibət bəslədi və biz burda yaşam tərzinə davam etdik. Günü-gündən gözəlləşən Xocalıda birlik nümayişində idik. Hər birimizin məqsədi Xocalının inkişafı üçün çalışmaqdan ibarət idi. Artıq hər kəs bu məqamları bilir ki, Xocalı 3 ay blokada şəraitində qaldı. Lakin bir nəfər belə özündə qorxu hissi yaşanırdı, həyat davam edirdi. Və əfsuslar olsun ki, düşmən həmlələri bu qan donduran qətliama gətirib çıxartdı. Amma etiraf edəcəm ki, bu hadisələrin yaşanmasına ən böyük günah o, zamanki hakimiyyətin üzərinə düşürdü. Amma bir qaçılmaz  nüans var ki, bu hadisə yaşandı, günahsız insanlar, qocalar, uşaqlar, hamilə qadınlar bu dəhşətli soyqırımın qurbanına çevrildi. İllər keçdikcə insan daha çox bu olay haqqında danışmaq və onu dünya ictimaiyyətinin diqqət mərkəzinə çıxartmaq istəyir. Biz heç vaxt Xocalı qurbanlarını unutmayacağıq."
Bəli elə bütün tədbir boyunca olan çıxışlar da Xocalı qurbanlarına, o zaman yaşanılan tükürpədən hadisələrə həsr olundu. Sonda Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva  Leyla xanımı fəxri diplomla təltif etdi.




Mən də Vetenim-Azərbaycandır.az xəbərlər informasiya portalının müxbiri  olaraq  sözü gedən tədbirdə iştirak etdim və bədnam  düşmənlərimizin  xalqımızın dinc əhalisinin başına gətirdikləri həmin hadisələri yaşamış olan Mürvət Məmmədovdan sanki o günləri yenidən yaşayırmış kimi acınacaqlı, ürək dağlayan sözlərlə çıxışını dinlədim və çox pis oldum.  Xocalı Soyqırımında həyatını itirən günahsız insanlara Allahdan rəhmət diləyirəm.
   



Əfsanə Əliyeva
Vetenim-Azerbaycandır.az xəbərlər informasiya portalının müxbiri

ÖNDERTV.ORG

Oxşar xəbərlər