Azərbaycanın Türkiyəyə yardımları davam edir - Fotolar
15-02-2023, 13:07
164

Azərbaycanın Türkiyəyə yardımları davam edir - Fotolar

ÖNDERTV.ORG

Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirməyə davam edirlər.
Bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.
Könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar  təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir.







ÖNDERTV.ORG

Oxşar xəbərlər